Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in hazırki sədri və Slovakiyanın Xarici işlər naziri Miroslav Layçak ilə görüşdü. Görüş zamanı iki ölkə arasındaki əməkdaşlıq, Rusiyanın Avropa Birliyi və NATO ilə əlaqələri müzakirə edildi. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verildi.
“ATƏT-in hazırkı gündəliyinin aktual problemləri, Slovakiya sədrliyinin nəticələri və bu təşkilat daxilində gələcək əməkdaşlıq perspektivləri müzakirə edildi. Rusiya-Slovakiya münasibətlərinin mütərəqqi inkişafı qeyd edildi, praktiki əməkdaşlığa dair bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. Rusiya-Avropa Birliyi və Rusiya-NATO münasibətləri baxımından Avropadakı vəziyyətlə bağlı ümumi danışıqlar aparıldı” – deyə, Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir.
Qeyd edək ki, Görüş Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilib.