Lavrov Şri-Lanka və Hindistana səfər edəcək

0
7427

Rusiya xarici işlər naziri Sergey Lavrov, yanvar ayında Şri Lanka və Hindistana işgüzar səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Yanvarın 14-15-də Rusiya xarici işlər naziri Sergey Lavrov Şri-Lanka və Hindistana işgüzar səfər edəcək. Yanvarın 14-də Kolombo şəhərində Rusiya Xarici İşlər Agentliyinin rəhbərini Şri Lanka Prezidenti və bu ölkənin Baş naziri qəbul edəcək, eyni zamanda xarici işlər naziri ilə danışıqlar aparılacaq” – XİN nümayəndəsi bildirib.
Zaxarovanın sözlərinə görə, Kolombo’da Rusiya-Şri-Lanka münasibətlərinin hazırkı vəziyyəti, siyasi dialoqun təşviqi perspektivləri, ticarət, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı, habelə ikitərəfli hüquqi bazanın genişləndirilməsi məsələlərinin müzakirə edilməsi planlaşdırılır.
Yanvarın 15-də Lavrov Hindistanlı həmkarı ilə Nyu-Delidə görüşəcək. Xarici işlər nazirləri sentyabrın 4-5-də Vladivostokda keçirilən 20-ci Rusiya-Hindistan sammitinin nəticələrinə əsasən qurulmuş təlimatlar fonunda ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və inkişaf perspektivlərini nəzərdən keçirəcəklər.
“Qarşıdakı siyasi təmasların cədvəli də ən yüksək səviyyədə nəzərdən keçiriləcək. Regional və beynəlxalq gündəmdə hərtərəfli fikir mübadiləsi planlaşdırılır” – deyə, Mariya Zaxarova əlavə edib.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 14-16-da Nyu Delhidə keçiriləcək illik “Raysin Dialoqu” beynəlxalq siyasi elm konfransında iştirak edəcək.