Lavrov: Suriyada müharibə bitməyib

0
577

Suriyada müharibə bitməyib, son olaraq, İdlibin də daxil olduğu terrorun qaynağlarını aradan qaldırmaq vacibdir.

Bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirdi.
“Xeyr, Suriyada müharibə bitməyib. Terrorizmin qaynağını sona çatdırmaq bizim üçün vacibdir. Ən çox narahatlıq yaradan bölgələrdən biri İdlibdir, orada bir neçə min terrorist fəaliyyət göstərir” Rusiyalı nazir qeyd etdi.
Onun sözlərinə görə, ikinci qaynaq Fərat çayının şərq sahilində yerləşir, orada təxmini min terrorist kürdlərin nəzarəti altındadır.
Qeyd edək ki, bir müddət öncə Ağ Evin mətbuat katibi Sara Sanders Suriyanı İŞİD terroristlərindən 100% azad etdiklərini açıqlayıb.