Lavrov Türkiyə ilə razılaşmanın faydasından danışdı

0
5065

Türkiyə ilə Soçidə razılıq əldə edilməsi Suriyadakı vəziyyəti sabitləşdirdi.

Bu açıqlama ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.

“Türkiyə uzun müddət təhlükəsizlik məsələsini gündəmə gətirdi. Ankaranın narahatlığına önəm veririk”, – Lavrov qeyd edib.

Rusiyanın baş diplomatı, həmçinin, Liviyadakı münaqişədə NATO-nun rolu olduğuna işarə edib: “Liviyanın suverenliyi NATO-nun sərgüzəştlərini sarsıtdı. Ölkə yenə parçalanıb, münaqişələr davam edir”.