Ukraynadakı prezident seçkilərinin ikinci turunu kim qazanırsa qazansın, əsas məqam gələcək Kiyev hakimiyyətinin beynəlxalq hüquq və beynəlxalq öhdəliklərə hörmətlə yanaşmasıdır.
Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirdi.
“Yeni və ya köhnə hökumət, fərqi yoxdur, əsas odur ki, müqavilə qabiliyyətinə malik bir hökümət, beynəlxalq hüquqa hörmət edən, Ukraynanın beynəlxalq öhdəliklərini yerinə yetirən bir hökumət olsun” -Lavrov, Zvezda telekanalına açıqlaması zamanı qeyd etdi.