Rusiya xarici işlər naziri Sergey Lavrov və Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill ilə görüşdü.
Görüş əsnasında Ukraynadaki kilsə böhranı, möminlərin qorunması və Suriyadaki humanitar böhran müzakirə olundu.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verildi.
“Müzakirə zamanı dünyanın müxtəlif bölgələrində möminlərin hüquqlarının qorunması, Ukraynadakı kilsə böhranı, Kiyev və Qərb ölkələrində dünyəvi dövlətlərin Kilsənin işlərinə müdaxiləsi, Yaxın Şərq ölkələrində xristian varlığının qorunması, o cümlədən, Yaxın Şərq ölkələrində möminlərin müdafiəsi ilə bağlı geniş məsələlər müzakirə edildi, Suriya Respublikasında humanitar böhranı aradan qaldırmaq üçün hərtərəfli səylər göstərildiyi qeyd olundu.