Lavrov və Pakistan xarici işlər naziri Kəşmirdəki vəziyyəti müzakirə etdi

0
584

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və Pakistan Xarici İşlər Naziri, New Delhi’nin Kəşmirlə əlaqədar qərarından sonra Pakistan və Hindistan arasında kəskinləşmə fonunda Cənubi Asiyadakı vəziyyəti müzakirə etdi.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verildi.
“Söhbət əsnasında, New Delhi’nin Jammu və Kəşmir’in hüquqi vəziyyətini dəyişdirmə qərarından sonra Pakistan və Hindistan arasındakı münasibətlərin pisləşdiyi bir müddətdə Cənubi Asiyadakı vəziyyət müzakirə edildi. Rusiya tərəfi gərginliyi azaltmaq, Pakistan və Hindistan arasındakı fikir ayrılıqlarını siyasi və diplomatik yolla ikitərəfli əsasda həll etmək üçün alternativin olmamasını vurğuladı. Rusiyanın BMT-dəki nümayəndələri də bu tutarlı mövqedən çıxış edir.” – Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir.
Qeyd edək ki, nazirlər arasındaki telefon danışığı, Pakistan tərəfinin təşəbbüsü ilə baş tutdu.