Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodrigez ilə iqtisadiyyat, elm, yüksək texnologiyalar və mədəniyyət sahələrində böyük ortaq layihələrin həyata keçirilməsini, habelə Venesuela ətrafındakı vəziyyəti müzakirə edəcək.
Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Məlumat və Mətbuat İdarəsindən məlumat verildi.
“İqtisadiyyat, elm, yüksək texnologiyalar və mədəniyyət sahələrində geniş ortaq layihələrin həyata keçirilməsinə təsir edən ikitərəfli münasibətlərin aktual problemləri barədə fikir mübadiləsi aparılacaq”, – verilən məlumatda deyilir.
Nazirlik əlavə edib ki, beynəlxalq aləmdə mövqelərin daha da əlaqələndirilməsi yolları, Venesuela və onun ətrafındakı vəziyyət, bu ölkədə siyasi fikir ayrılıqlarının sülh yolu ilə həllinə dair dəstəyin təsdiqlənməsi də müzakirə ediləcəyi gözlənilir.