Lavrov və Yagland Rusiya ilə Avropa Şurası arasında qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə etdilər

0
524

Rusiya xarici işlər naziri Sergey Lavrov və Avropa Şurasının baş katibi Thorbyorn Yagland, Rusiya nümayəndə heyətinin AŞPA-dakı səlahiyyətlərinin bərpasından sonra Rusiya ilə Avropa Şurası arasında əməkdaşlığın perspektivlərini müzakirə etdilər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verildi.
“Tərəflər Rusiya Federasiyası Federal Məclisinin nümayəndə heyətinin Parlament Assambleyasındakı səlahiyyətlərinin bərpasından və 2017-2018-ci illər üçün bu təşkilatın büdcəsinə tam miqdarda ödəmədən sonra Rusiya ilə Avropa Şurası arasında əməkdaşlığın perspektivlərini müzakirə etdilər”, – Nazirlikdən verilən məlumatda deyilir.
Bundam əlavə Lissabondan Vladivostoka qədər vahid humanitar məkanın yaranmasında Avropa Şurasının rolunun gücləndirilməsi yolları da müzakirə edildi.