Lavrov və Yaponiyal həmkarı Koreya yarımadasındakı vəziyyəti müzakirə edəcəklər

0
394

Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 19-da Moskvada yapon həmkarı Toşimitsu Motegi ilə görüşdə Koreya yarımadası ətrafındakı vəziyyəti müzakirə etməyi planlaşdırır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Beynəlxalq məsələlərin müzakirəsi zamanı BMT ilə Yaponiya ilə əməkdaşlığı, Asiya-Sakit Okean bölgəsindəki vəziyyət, o cümlədən Koreya yarımadası ətrafındakı vəziyyət, Suriya nizamlanması, İranın nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanması üçün ortaq hərtərəfli fəaliyyət planı ilə işlərin vəziyyətini müzakirə edəcəyimizi gözləyirik” –deyə, verilən məlumatda deyilir.
Qeyd edək ki, Dekabrın 19-da Rusiya xarici işlər naziri Sergey Lavrov Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi ilə görüşəcək. Daha əvvəl bildirildiyi kimi, tərəflər ikitərəfli əlaqələrin bütün məsələlərini, o cümlədən sülh müqaviləsi problemlərini, Cənubi Kuril adalarında Yaponiya ilə ortaq iqtisadi fəaliyyətin qurulmasını və beynəlxalq məsələlərdə qarşılıqlı əlaqələri müzakirə edəcəklər.