Venesuelada hər hansısa bir variantda hərbi müdaxilənin gerçəkləşməsi mümkün deyil.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlamasında bildirdi.
“Biz beynəlxalq hüquqa zidd olan hər hansı bir yerdə hərbi əməliyyatlara qətiyyətlə qarşı çıxırıq. Hərbi gücün istifadəsinə yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən icazə verilə bilər”- Lavrov, ABŞ dövlət katibi Mayk Pompeo ilə Finlandiyanın Rovaniemi şəhərində görüşündən sonra qeyd etdi.