Yaponiya ilə sülh müqaviləsinin imzalanması Tokionun Kuril adalarının mənsubiyyəti ilə əlaqədar II Dünya Müharibəsinin nəticələrini tanımaq istəmədiyindən vəziyyət dirənir, lakin işlər o qədər də çətin deyil.
Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov “Məntiq ərazisi” Ümumrusiya Gənclər Təhsil Forumunda çıxış edərkən səsləndirdi.
“İndiyə qədər hər şey Yapon həmkarlarımızın İkinci Dünya Müharibəsinin nəticələrini tanımaq istəməməsindən və bununla da sülh müqaviləsinin imzalanmasının qarşısını almasından irəli gəlib. Vəziyyətin dalana dirəndiyini düşünmürəm. Biz prezidentin Yaponiyanın baş naziri ilə etdiyi danışıqlar nəticəsində bizə verdiyi təlimatları rəhbər tuturuq. Təlimatlar Yaponiya ilə bütün sahələrdə əlaqələri inkişaf etdirməyə göstəriş verir.