Lukaşenko: Belarus və Rusiya bir dövlət altında birləşməyi müzakirə etmir

0
672
MINSK, BELARUS - JUNE 21, 2019: Belarus' President Alexander Lukashenko during a meeting with Russia's Prime Minister Dmitry Medvedev in Minsk. Dmitry Astakhov/Russian Government Press Office/TASS Áåëîðóññèÿ. Ìèíñê. Ïðåçèäåíò Áåëîðóññèè Àëåêñàíäð Ëóêàøåíêî âî âðåìÿ âñòðå÷è ñ ïðåìüåð-ìèíèñòðîì ÐÔ Äìèòðèåì Ìåäâåäåâûì. Äìèòðèé Àñòàõîâ/ïðåññ-ñëóæáà ïðàâèòåëüñòâà ÐÔ/ÒÀÑÑ

Belarus və Rusiya müttəfiq əlaqələrini Birlik Dövlətin müddəalarına uyğun olaraq qurmalıdırlar. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Birlik Dövlətin baş katibi Qriqori Rapota ilə görüşü zamanı bildirdi.
“Biz prezident Putinin razılığa gəldik ki, müqaviləni pozmayacağıq. Müqaviləni pozarsaq, ümumiyyətlə, bu müddət ərzində edilən hər şeyi məhv edəcəyik” – Lukaşenko qeyd etdi.
Belarus liderinin sözlərinə görə, Moskva və Minsk bir dövlədə birləşmək imkanını müzakirə etmir, tərəflər inteqrasiya proseslərinin inkişafında addım-addım irəli getməlidir.
Aleksandr Lukaşenko, həmçinin, inteqrasiya məsələləri üzrə Belarus-Rusiya hökumətlərarası iş qrupunun işində konkret nəticələr olmadığını vurğuladı
“Bu proseslərin anlaşılmaz bir şəkildə qarşısı alınır. İyulun 17-si Sankt-Peterburq şəhərində Putinlə görüşəcəyik və bu məsələlərin nəticələrini müzakirə edəcəyik. Bu gün isə müzakirə etmək üçün əlimizdə heç bir şey yoxdur” – Belarus prezident qeyd etdi.