Lukaşenko və Putinin görüşü tərəflərin mövqelərini birləşdirməyə kömək edəcək

0
612

Belarus və Rusiya Federasiyasının prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putinin iyulun 17-də keçiriləcək görüşdə müzakirə olunacaq bir sıra məsələlər, tərəflərin mövqelərini birləşdirməyə və inteqrasiyanın inkişaf istiqamətlərini müəyyənləşdirməyə kömək edəcəkdir.
Bu sözləri Belarusun Xarici İşlər Naziri Vladimir Makey deyib.
“Bəzi məsələlərdə müxtəlif qiymətləndirmələr var. Görüşdə, ehtimal ki, onları bir araya gətirmək və inteqrasiya prosesinin nə olacağını ümumi bir anlayışla inkişaf etdirmək mümkün olacaq” – Belarus XİN rəhbəri qeyd etdi.
Qeyd edək ki, Putin və Lukaşenko Spaso-Preobrajenski Valaam Monastırına səfər edəcəklər. Bundan əlavə, iyulun 18-i Sankt-Peterburqda dövlət başçıları Rusiya və Belarus regionlarının VI Forumunun plenar iclasında da iştirak edəcək.