Luqansk vilayətində 60 nəfər təxliyyə edildi

0
665

 

Luqansk vilayətində qəzalı vəziyyətdə olan yaşayış binasından 60-dan çox adam evakuasiya edildi. Bu barədə Ukraynanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, İyulun 9-u Luqansk vilayəti Lisiçansk şəhərinin Popov küçəsində yerləşən üç mərtəbəli yaşayış binasının divarlarında dağıntı və çatlar müşahidə olunub. Bununla əlaqədar yaşayış binasından 61 nəfər evakuasiya olunub, onlardan 22-si uşaqdır. Hadisə nəticəsində ölən və yaralanan yoxdur.
Qeyd edək ki, daxilində 34 mənzil olan bu yaşayış binası 1944-cü ildə tikilib.