Lyonda partlayış zamanı Rusiya vətəndaşları yaralanmayıb

0
652

Fransa polisinin verdiyi məlumata görə, Lyonda baş verən partlayış nəticəsində Rusiya vətəndaşları yaralanmayıb. Bu barədə Rusiyanın Fransa səfirliyi məlumat verdi.
“ Polisin verdiyi məlumata görə, Lyonda baş verən partlayış zamanı yaralıların arasında Rusiya vətəndaşları yoxdur” – səfirlikdən verilən məlumatda deyilir.
Qeyd edək ki, bugün günorta saatlarında Lyonun mərkəzində partlayış baş verib, nəticədə bir neçə nəfər yaralanıb.