Fransa Prezidenti Emmanuel Makron cümə axşamı günü ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı baş tutdu. Danışıq əsnasında Fransa lideri Ukrayna böhranının həllində irəliləmək istəyini qeyd etdi.
Bu barədə Yelisey sarayından məlumat verildi.
Məlumata əsasən Makron Zelenski ilə Fort Breganson Rusiya prezidenti Vladimir Putinlə danışıqların nəticələrini müzakirə etdi.
“Sentyabr ayında dövlət və hökumət başçılarının Normand formatında görüşünü zamanı, Ukraynanın şərqindəki münaqişənin həlli üçün zəruri siyasi və təhlükəsizlik tədbirlərində sürətli irəliləməyə dair ümumi istəy vurğulandı. Bu məqsədlə iki prezident və onların komandaları önümüzdəki həftələrdə sıx təmasda olacaqlar.” – Yelisey sarayından verilən məlumatda deyilir.