“Russia Today” informasiya agentliyinin və “RT” kanalının baş redaktoru Margarita Simonyan, karyerasını nümunə göstərərək Rusiyada qadın hüquqlarının pozulduğuna inanmadığını söyləyib.
“Bir dəfə Avropada keçirilən uğurlu qadınların forumuna dəvət olundum və orada çıxış etməli oldum. Əlbəttə ki, müasir dünyada qadınlar üçün nə qədər çətin olduğunu, xüsusilə Rusiyada bir qadının bir yerdən digər yerə keçməsini, uğur qazanmağın nə qədər çətin olduğundan danışdılar. Ancaq mən bunu hiss etmirəm və heç vaxt hiss etməmişəm” – deyə, Semonyan, “Komsomolskaya pravda” radiosunda çıxışı zamanı deyib.
Onun fikrincə, Rusiyada, bir çox ölkələrdə olduğu kimi, qadın hüquqları pozulmur. Simonyan nümunə olaraq öz karyerasına istinad etdi.