Medvedev Azərbaycanın baş naziri Əli Əsədovu ad günü münasibətilə təbrik edib

0
423

Rusiyanın Baş naziri Dmitri Medvedev Azərbaycanın Baş naziri Əli Əsədovu ad günü münasibətilə təbrik edib. Bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya ilə Azərbaycanı geniş sahələrdə davamlı inkişaf edən mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətləri bağlayır. Əminəm ki, hökumət xəttində aktiv birgə iş Rusiya-Azərbaycan münasibətlərini daha da gücləndirəcək və müxtəlif sahələrdə yeni perspektivli layihələrin icrasına əlverişli şərait yaradacaqdır.” – deyə təbrikdə deyir.