Medvedev Çitada xüsusi yanğınsöndürmə texnikasına baxış keçirib

0
609

Baş nazir Dmitri Medvedev Baykal ərazisində fəaliyyət göstərən xüsusi yanğınsöndürmə texnikasına baxış keçirdi.
Hökumət başçısı Çitanın mərkəzi meydanında nümayiş olunan yeni avtomobillərin nümunələri ilə tanış oldu, sürücülərlə söhbət etdi, avadanlığın gücünə və imkanlarına dair məlumat əldə etdi.
Medvedevə verilən məlumata əsasən, 2019-cu ildə “ekologiya” layihəsi çərçivəsində Baykal ərazisində 72 ədəd meşə yanğın və meşə texnikası alınıb.
Yeni avadanlıq yanğın baş verən əraziyə gedib onu aradan qaldırmağa imkan verir.