Medvedev Lukaşenkonu doğum günü münasibəti ilə təbrik edib

0
423

Rusiyanın Baş naziri Dmitri Medvedev və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutdu.
Danışıq zamanı Medvedev Belarus liderini 65 illiyi ilə təbrik edərək, bəzi ikitərəfli və beynəlxalq məsələləri müzakirə etdi.
Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verildi.
“Telefon danışığı zamanı Rusiyanın Baş naziri Belarus Prezidentini ad günü münasibətilə ürəkdən təbrik etdi. Söhbət zamanı ikitərəfli və beynəlxalq gündəmin müəyyən problemləri ətrafında fikir mübadiləsi aparıldı”, – deyə Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Belarus liderinin mətbuat xidmətindən verilən məlumata görə, söhbət əsnasında Lukaşenko və Medvedev, müxtəlif sahələrdə Belarus-Rusiya əməkdaşlığını və həll edilməyən məsələlərdə hökumətlərin rolunu müzakirə etdilər.