Rusiya gələcəkdə Qırğızıstana yardım və dəstək verməyə davam edəcək.
Bunu Rusiyanın Baş naziri Dmitri Medvedev Qırğızıstan prezidenti Sornbay Jeenbekov ilə görüşü zamanı deyib.
“Həqiqətən çox yaxşı inkişaf etmiş əlaqələrimiz var. Müxtəlif məsələlərdə məsləhətləşirik. Mümkün olan dərəcədə, dostumuz və tərəfdaşımız olan Qırğızıstan Respublikasına kömək və dəstək verməyə çalışırıq. Şübhəsiz ki, gələcəkdə də bu belə olacaq” – Medvedev qeyd etdi.
Rusiya hökumətinin başçısı bu görüşün ölkələr arasında ikitərəfli tərəfdaşlıq xəzinəsinə töhfə verəcəyində əminliyini ifadə etdi.
Öz növbəsində Jeenbekov son illərdə ölkələrin ən yüksək səviyyədə siyasi dialoq apardığını vurğuladı.
Jeenbekovun sözlərinə görə Rusiya respublikaya maliyyə yardımı ilə yanaşı Şanxay Əməkdaşlıq Təşkilatının sammiti zamanı texniki dəstək də verib.
Qeyd edək ki, Medvedevin səfəri ölkənin keçmiş prezidenti Almazbek Atambayevin tutulması ilə əlaqədar Qırğızıstanda vəziyyətin gərginləşməsi fonunda baş tutdu. Sabiq dövlət başçısı uzun sürən danışıqlardan sonra təhlükəsizlik qüvvələrinə təslim olaraq, Bişkekə gətirildi.