Medvedev Sloveniyanın Baş naziri ilə bir araya gələcək

0
619

Rusiyanın Baş naziri Dmitri Medvedev sentyabrın 10-da Moskvada sloveniyalı həmkarı Marian Şarets ilə ticarət, iqtisadi, enerji və investisiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verildi.
“Sentyabrın 10-11-də Baş nazir Medvedevin dəvəti ilə Sloveniyanı Baş naziri Marian Şarets Rusiyaya rəsmi səfər edəcək. Danışıqlar zamanı Rusiya və Sloveniya hökumət başçıları ticari, iqtisadi, enerji, investisiya, yüksək texnoloji sahələrdə ikitərəfli əməkdaşlığın bütün sahələrini və mədəni və humanitar sahədə qarşılıqlı əlaqələri müzakirə edəcəklər”, – Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumatda deyilir.