Rusiyanın Baş nazir Dmitri Medvedev “Yedinaya Rossiya” partiyasının Moskva ofisində “Müxalifət platforması” sədri Viktor Medvedçuk, partiyanın həmsədrləri Vadim Rabinoviç, Yuri Boyko və partiyanın siyasi şura üzvü Taras Kozakla görüşüb.
Medvedev Ukraynanın “Müxalifət platforması” partiyasına seçkilərdə uğurlar arzulayıb.
“İqtidar partiyası da daxil olmaqla bir çox partiya ilə partnyorluğumuz var. Bilmirəm “Yedinaya Rossiya” kimi bir nəticə əldə edə biləcəksiniz ya yox, ancaq sizə seçkilərdə uğurlar diləyirəm.” – Dmitri Medvedev qeyd etdi.