Mexiko əyalətindəki Mexiko-Pachuca avtomobil yolunun 16 kilometrliyində üç avtobusun toqquşması nəticəsində ən azı 11 nəfər ölüb, 25 nəfər yaralanıb.
Qəza bazar ertəsi yerli vaxtla saat 20.00-da baş verib. Polisdən verilən məlumata görə, hər üç avtomobilin sürücüsü hadisə yerindən qaçıblar.
Mexiko Mülki Müdafiə Koordinatoru General Luis Felipe Puente öz Twitter hesabında hadisə yerində yanğınsöndürənlər, polis və Meksika Qırmızı Xaç işlədiyi barədə məlumat yayıb.