Almaniya kansleri Angela Merkel Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında danışıqların aparılmasının lehinə danışdı.
“İstəyirəm ki, Ukrayna prezidenti ilə Rusiya prezidenti arasında danışıqlar baş tutsun” – angela Merkel Biarrisada, ABŞ prezidenti Donald Tramp ilə keçirdiyi mətbuat konfransında söylədi.
Merkel Ukrayna ətrafındakı vəziyyəti böyük bir problem adlandıraraq, bu məsələdə irəliləyiş əldə etməyə çağırış edib.
Ukrayna Xarici İşlər Nazirliyində qeyd olunduğuna görə, Putinlə birbaşa danışıqlar Zelenskinin yeni yanaşmasıdır.
Qeyd edək ki, Avqustun 19-da keçirdiyi mətbuat konfransında Putin Zelenski ilə təmasları “ehtiyatlı optimizmə” ilham verdiyini vurğulayıb.