Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin Suriya və Liviyadakı vəziyyəti müzakirə edərək, BMT-nin bu bölgələrdəki xüsusi nümayəndələrinin işini dəstəklədiylərini bildirdilər.
Bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat verildi.
“Kansler və Rusiya prezidenti Suriyadakı vəziyyət, xüsusən ölkənin şimal-qərbindəki hərbi eskalasiya və münaqişənin aradan qaldırılması üçün BMT-nin himayəsi altında siyasi prosesə daxil olması barədə fikir mübadiləsi aparıblar. Hər ikisi BMT-nin xüsusi nümayəndəsi Geir Pedersenin fəaliyyətini dəstəklədiklərini təsdiqlədilər” – Nazirlər Kabinetinin mətbuat mərkəzindən verilən məlumatda deyilir.
“Danışıqların digər mövzusu Liviyadakı vəziyyət olub. Ölkə rəsmiləri BMT-nin buradaki xüsusi nümayəndəsi Həsən Salamanın planlarını da dəstəklədiklərini bildirdilər” – Nazirlər Kabinetindən verilən məlumatda deyilir.