Kişinyov Moskva ilə bütün istiqamətlərdə strateji tərəfdaşlığı bərpa edir. Bu sözləri Moldova Prezidenti İqor Dodon Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə şənbə günü keçirdiyi görüşdə deyib.
“Qeyd etmək istəyirəm ki, Rusiya Federasiyası ilə bütün sahələrdə strateji tərəfdaşlığı yeniləyirik. Son illərdə yüksək rəhbərlik səviyyəsində çox yaxşı münasibətlərimiz var. İndi əlaqələr var və parlamentlər səviyyəsində normal münasibətlər bərpa olundu.” – Moldova Prezidenti İqor Dodon bildirdi.
Qeyd edək ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu respublikanın nasist işğalçılarından azad edilməsinin 75 illiyi ilə əlaqədar tədbirdə iştirak etmək üçün Moldovada rəsmi səfərdədir.