Moldova prezidenti İqor Dodon, Moskvada işgüzar səfərdə olduğunu və burada Rusiya Baş nazirinin müavini Dmitri Kozak və “Qazprom” idarə heyyətinin sədri Aleksey Miller ilə görüşəcəyi bildirdi.
“Bir günlük Moskvada işgüzar səfərdəyəm, burada baş nazirin müavini, Rusiya Federasiyası Prezidentinin Moldova Respublikası ilə ticarət və iqtisadi əlaqələrin inkişafı üzrə xüsusi nümayəndəsi Dmitri Kozak, Qazprom İdarəetmə Komitəsinin sədri Aleksey Miller və başqaları ilə görüşəcəyəm” – Dodon öz Facebook səhifəsində qeyd etdi.
Respublika başçısının sözlərinə görə, Moldova nümayəndə heyətinə İqtisadiyyat və İnfrastruktur naziri Vadim Brınzan, prezidentin müşavirləri İon Kiku və Aureliu Cioca, habelə “Moldovagaz” ASC-nin idarə heyətinin sədri Vadim Çeban daxildir.