Moldova rusiyalı rəsmilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv etdi

0
652

Moldova, 2017-ci ilin martından bəri qüvvədə olan Rusiyanın parlament və hökumət üzvlərinin ölkəyə qirişinin qadağasını aradan qaldırdı.
“İndi ikitərəfli gündəliyə aid məsələlərin müzakirəsi mümkün olacaq” – Moldova respublikanın prezidenti İqor Dodon “RTR Moldova” televiziya kanalında bildirib.
Onun sözlərinə görə, Moldovadan ilk nümayəndə heyəti Moskvaya gedəndən bəri qadağa fəaliyyətini dayandırıb.
“Hökumətlərarası komissiya artıq işə başlayıb, parlament və hökumət nümayəndələri Rusiyada olub” – İqor Dodon əlavə etdi.
Ölk prezidenti, həmçinin, Rusiyanın Baş naziri Dmitri Medvedevin Moldova Nazirlər Kabinetinin başçısı Maya Sanduya iki ölkə arasındakı münasibətləri müzakirə etmək üçün dəvət göndərdiyini də xatırlatdı.