Moskva və Cakarta əməkdaşlıq müqaviləsi imzalayıb

0
4538

 

Moskva və Cakarta, qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığın inkişafı və şəhər idarəçiliyi sahəsində təcrübə mübadiləsi məsələlərini müzakirə etdilər. Müzakirələr nəticəsində 2020-2022-ci illərə dair əməkdaşlıq əldə olundu. Bu barədə Moskva Xarici İqtisadi və Beynəlxalq Münasibətlər İdarəsinin Mətbuat Xidməti məlumat verdi.
Qeyd olunur ki, Moskva hökumətinin nümayəndə heyəti Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və Rusiya Federasiyasının Tikinti və Mənzil-Kommunal Xidmətləri Nazirliyi ilə birlikdə dekabrın 2-dən 5-dək İndoneziyanın paytaxtı Cakartaya işgüzar səfər edib.
Bu səfər çərçivəsində dekabrın 3-də Moskvanın Xarici İqtisadi və Beynəlxalq Münasibətlər İdarəsinin müdiri Sergey Çeryomin Cakarta Ticarət və Sənaye Palatası sədrinin beynəlxalq əməkdaşlıq üzrə müavini Tatyana Sutara və Rusiyanın İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiri Lyudmila Vorobieva ilə görüşmüşüb.