Moskva və Nyu-Dehli gələn il Putinin Hindistana səfərini planlaşdırır

0
529

Moskva və Nyu-Dehli Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ildə Hindistana səfərinə hazırlaşır. Səfərin dəqiq tarixləri bir müddət sonra tərəflər arasında razılaşdırılacaq.
Bu barədə Rusiyanın Hindistandakı səfirliyinin müşaviri Roman Babuşkin məlumat verib.
“Bu il sammit keçirməmişik. Əlbətdə hazırlaşırıq. Bu səfərin tarixləri və digər məsələlər sonra tərəflərin müzakirə mövzusu olacaq”, – Rusiyanın Hindistandakı səfirliyinin müşaviri Roman Babuşkin bildirdi.
Babuşkinin, Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS təşkilatının sədri kimi bu iki də zirvə toplantısını keçirəcəyini də xatırladıb.
“Güman edirik ki, Hindistanın gələn ilin iyul ayında baş tutacağı bu iki zirvə görüşündə iştirak edəcək”, – Babuşkin əlavə etdi.
Qeyd edək ki, Hindistanın Baş naziri Narendra Modi bu ilin sentyabr ayında baş tutacaq Şərq İqtisadi Forumunda iştirak etmək üçün Vladivostoka səfər edəcək.