Moskvada 1300 nəfər təxliyyə edildi

0
608

Moskvanın Şimal-Qərbində yerləşən “Şuka” ticarət mərkəzində 1300 nəfər təxliyyə edildi.
Hadisəyə səbəb ticarət mərkəzində partlayıcı qurğunun olması barədə daxil olan anonim məlumatdır.
Bu barədə paytaxt Moskvanın fövqəladə hallar xidmətindən məlumat verildi.
“Ticarət mərkəzində partlayıcı olduğu barədə daxil olan məlumatdan dərhal sonra, ticarət mərkəzində evakuasiya işləri aparıldı, nəticədə 1300 nəfər təxliyyə edildi” – fövqəladə hallar xidmətindən verilən məlumatda deyilir.
Qeyd edək ki, hüquq-mühafizə orqanları və fövqəladə hallar xidmətinin əməkdaşları hadisə yerində yoxlanış aparır.