Moskvada partlayıcı qurğu barədə daxil olan anonim məlumatdan sonra, “Klyon” və “Troyka” ticarət mərkəzindən 2.2 min nəfər evakuasiya olundu.
Bu barədə paytaxtın Fövqəladə Hallar Xidmətinin rəsmi nümayəndəsi məlumat verdi.
Starovatutinski Proezd küçəsində yerləşən “Klyon” və Verkhnyaya Krasnoselskaya küçəsində yerləşən “Troika” ticarət mərkəzlərində partlayıcı qurğunun olması barədə anonim məlumat daxil oldu” – nümayəndə qeyd etdi.
Onun sözlərinə görə Ticarət mərkəzlərindən ümumilikdə 2.2 min nəfər evakuasiya edildi
Ticarət mərkəzlərinin bütün ərazisində yoxlama işləri aparılır.