Moskvada 4 məhkəmə binası təxliyə edildi

0
491

 

Rusiyanın paytaxtı Moskvada partlayıcı qurğu olduğu iddia edilən 4 məhkəmə binası evakuasiya edilib. Bu barədə Moskva Şəhər Məhkəməsinin mətbuat katibi Ulyana Salopova məlumat verdi.
“Məhkəmə binalarında quraşdırılmış partlayıcı qurğuların olması barədə daxil olan məlumatla əlaqədar ərazidə olan hər kəs təhlükəsiz zonaya təxliyə edilib” – şəhər məhkəməsinin mətbuat katibi qeyd etdi.
Mətbuat katibinin sözlərinə görə, indiyə qədər belə təhdidlər Basmannı, İzmailovski, Tverskaya və Lefortovo məhkəmələrinə gəlib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə yoxlama-axtarış işləri aparır.