Moskvada atışma baş verdi, ölənlər var

0
578

Moskvanın “Novıye Çeryomuşki” metrosu yaxınlığında atışma baş verdi.
Hadisə nəticəsində 2 nəfərin dünyasını dəyişdiyi bildirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Moskva şöbəsi məlumat verdi.
Rusiya Federasiyasının İstintaq Komitəsinin internet saytının yerləşdirdiyi məlumata görə dünyasını dəyişən 2 nəfərin şəxsiyyəti məyyənləşdirildi.
İstintaqa əsasən, Aprelin 25-də “Novıye Çeryomuşki” metrosu yaxınlığında, silahdan açılan atəş nəticəsində, iki nəfərin cəsədi tapıldı.
Faktla bağlı cinayət işi açıldı, istintaq davam edir.