Bu ilin 27-29 noyabr tarixlərində Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 8-ci iclası keçirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, Komissiyanın 2020-ci il üçün iş planı təsdiq edilib və iclasın protokolu imzalanıb.
Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib.