Moskvanın Cənubunda yerləşən Varşava prospektində beş avtomobil toqquşub.
Avtomobillərdən biri velosiped sürücüsünü vurub.
Bu baradə Rusiya Dövlət Nəqliyyat Təhlükəsizliyi İnspektorluğunun mətbuat xidmətindən məlumat verildi.
“Moskvanın Varşava prospektində beş avtomobili toqquşdu, qəza nəticəsində avtomobillərdən biri velosiped sürücüsünü vurub. Qəza törədən avtomobillərin sürücüləri heçbir xəsarət almayıb. Velosiped sürücüsü yüngül bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib” – verilən məlumatda deyilir.