Moskvanın Mıtişı rayonunda yerləşən istilik elektrostansiyasında güclü yanğın baş verdi. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin bölgə nümayəndəliyindən məlumat verildi.
Məlumata əsasən xəsarət alanların altısı yanar konstruksiyadan zəhərlənmə diaqnozu ilə tibb mənətqəsinə yerləşdirilib.
Alovun hündürlüyü 50 metrə qədər olduğu bildiririr.
Enerji Nazirliyinin verdiyi məlumatına görə, əvvəl yanğın sahəsi təxminən 200 kvadratmetri əhatə etsə də, sonradan ərazinin həcmi dörd dəfə artıb.
Hadisə yerinə 2 helikopter, 2 yanğınsöndürən qatar, həmçinin onlarla canlı qüvvə cəlb edilərək açıq alov lokalaşdırılıb.
Əhalini enerji ilə təmin etmək üçün, şirkət ehtiyatdan əlavə elektrik enerji istehsalını dayandırıb və artıq fəaliyyət göstərən stansiyaların gücünü artırıb.