Moskvada olimpiya kompleksi yandı

0
486

Moskvanın Olimpiya prospekti, ev 16 ünvanında yerləşən “Olimpiyskiy” idman kompleksində yanğın baş verdiş
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə xüsusi bölməsinin mətbuat xidməti məlumat verdi.
FHN, yanğının altıncı mərtəbədə meydana gəldiyini və 30 kv/m ərazini əhatə etdiyini bildirdi. Yanğınsöndürənlər alovun qarşısını almağa müvəffəq oldu. Yanğının səbibi bilinmir. Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir.
Qeyd edək ki, idman kompleksində yenidənqurma işləri aparılır.