Moskva vilayətinin Jukovski şəhərində yerləşən yaşayış evində baş vermiş yanğın nəticəsində üçü uşaq, ikisi qadın olmaqla 5 nəfər dünyasını dəyişdi.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin mətbuat xidmətindən məlumat verildi.
“05.19-da daxil oldu Lugovaya küçəsində yerləşən yaşayış evində baş verən yanğın haqqında məlumat. Xilasedicilər dağıntılar arasından 5 cəsəd aşkarlayıb” – mətbuat xidmətindən verilən məlumatda deyilir.
Hazırda yanğının baş vermə səbəbi araşdırılır.
Faktla bağlı cinayət işi içılıb, araşdırma aparılır.