Moskvadan Kurqana uçan “Utair” aviaşirkətin təyyarəsi Tümendəki “Roşino” hava limanına təcili eniş etdi. Bu barədə aviaşirkətin mətbuat mərkəzi məlumat verdi.
“Hava şəraitinin kəskin pisləşməsi nəticəsində təyyarə Moskva vaxtı ilə 04:50-də Tumenin “Roşino” hava limanına məcbur eniş etdi” – aviaşirkətin mətbuat mərkəzində verilən məlumatda deyilir.
Təyyarənin Moskva vaxtı ilə 05:21-də uçuşuna davam etdiyi bildirilir.