Rusiya və Türkiyənin hərbi və hərbi-texniki əməkdaşlığı bu gün sürətlə inkişaf edir. Bunu, Rusoya müdafiə nazirinin müavini, polkovnik Aleksandr Fomin, Moskva Beynəlxalq Təhlükəsizliyi Konfransı ərəfəsində RT telekanalına müsahibəsi zamanı bildirdi.
“Biz artıq Türkiyə ilə, qonşumuz, tərəfdaşımız kimi, demək olar ki, bütün mümkün istiqamətlərdə: siyasət, iqtisadiyyat və əlbətdə ki, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığımızı artırırıq” – Fomin qeyd etdi.
Onun sözlərinə görə, Türkiyə tərəfi olmadan, Suriya böhranının bir hissəsinin həll olunması da mümkün olmazdı.