Müdafiə Nazirliyinin saytında “Suriyadakı Missiya” adlı interaktiv bölmə yaradıldı

0
562

Rusiya Federasiyası Müdafiə Nazirliyi öz saytında Rusiya Silahlı Qüvvələrinin beynəlxalq terrorizmə qarşı mübarizədəki fəaliyyəti və Suriyada dinc həyatın bərpası səyləri barədə xüsusi interaktiv bölmə yaratdı. Bu barədə Müdafiə Nazirliyindən məlumat verildi.
“Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Rusiya Silahlı Qüvvələrinin beynəlxalq terrorizmə qarşı mübarizədəki fəaliyyətləri və Suriya Respublikasında dinc həyatın bərpası üçün görülən işlər barədə obyektiv məlumat verən “Suriyadakı Missiya” adlı xüsusi interaktiv bölmə açıldı.” – Müdafiə Nazirliyindən verilən məlumatda deyilir.
Bölmənin Rusiya Federasiyasının hərbi hava qüvvələrinin beynəlxalq terror qruplaşmalarının obyektlərinin hədəfə alınması üzərində apardığı döyüş işlərindən, müharibə edən tərəflərin barışdırılması və Suriya Ərəb Respublikası ərazisindəki qaçqınların hərəkətinə nəzarət üzrə Rusiya Mərkəzinin fəaliyyətindən bəhs edən tematik hissələrdən ibarətdir.
“Yeni bölmənin bütün rubrikaları daim yenilənir, foto və videoların, infoqrafikanın və onlayn xidmətlərin geniş istifadəsi ilə müasir interaktiv materiallar mövcuddur.” – nazirlikdən əlavə edildi.
“Suriyadaki Missiya” bölməsi saxta məlumatlara, Rusiya Silahlı Qüvvələrinin beynəlxalq terrorizmlə mübarizədə və Suriya Ərəb Respublikası ərazisində dinc həyatın bərpasında gördüyü işlər barədə məlumatların saxtalaşdırılmasına yönəlmiş cəhdlərə daha təsirli şəkildə mübarizə aparacaq.