NATO Moskva Təhlükəsizlik Konfransında iştirak etməkdən imtina etdi, lakin İttifaq Rusiya Federasiyası ilə dialoqu davam etdirəcəyini qərara aldı.
Bu barədə alyansın xüsusi nümayəndəsi məlumat verdi.
”Moskvada keçiriləcək Təhlükəsizlik Konfransına dəvət aldıq, lakin konfransın keçmiş təcrübəsi konstruktiv deyildi və dialoqumuzun inkişafına kömək etmədi.
Bu il Moskva tərəfindən qoyulan iştirak şərtlərini nəzərə alaraq, NATO, dialoqa sadiq qalaraq, konfransda iştirakdan imtina edir” – Nümayəndə qeyd etdi.
Qeyd edək ki, 23-25 Aprel tarixində 35 ölkənin Müdafiə Nazirliyinin nümayəndələr Beynəlxalq Təhlükəsizlik üzrə Səkkizinci Moskva Konfransında iştirak edəcəklərinin təsdiqləyiblər.