NATO Beynəlxalq Tribunalın Rusiyaya dair qərarına reaksiya bildirdi.
Belə ki, Alyans Rusiyadan dərhal ukraynalı dənizçiləri azad etməyi tələb etdi.
“NATO, Rusiyanın Ukraynalı gəmilərinə və dənizçilərinə qarşı hərbi güc tətbiq etməsinin heç bir əsası olmadığını bir neçə dəfə bildirib. Rusiyanı Ukrayna dənizçiləri və gəmilərini dərhal azad etməyə çağırırıq” – ittifaq nümayəndəsi qeyd etdi.
Bildirilir ki, Mayın 25-i Beynəlxalq Dəniz Məhkəməsi, Rusiyadan, Kerç Boğazında tutulan Ukrayna gəmilərini və dənizçiləri sərbəst buraxmasını tələb etdi.
Qeyd edək ki, 2018-ci ilin Noyabr ayında Ukraynanın üç hərbi gəmisi Kerç boğazında Rusiya Federasiyasının sərhədini bozduğuna görə saxlanılıb.
Hadisə nəticəsində gəmilərdə olan 24 hərbiçi həbs edilib.
Onlara Rusiyanın dövlət sərhədinin qeyri-qanuni keçməsi maddəsi ilə cinayət işi açılıb.