Nijni Novqorod vilayətinin Pilnin raonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat verib. Fövqəladə Hallar Nazirliyi hadisənin Pilna-Kurmış avtomobil yolunun 5-ci km-də baş verdiyini bildirdi.
Daha əvvəl məlum olub ki, Vladivostokun ətrafında yerləşən Primorski rayonunda 48 avtomobilin iştirakı ilə kütləvi qəza baş verib, 7 nəfər yaralanıb.