“Normand Dördlüyü” liderlərinin görüşü başa çatdı

0
414

“Normand Dördlüyü” liderlərinin Parisdə keçirilən görüşü başa çatıb. Bu barədə Yenisey Sarayından məlumat verilib.
Rusiya, Ukrayna, Fransa və Almaniya kansleri arasında danışıqlar saat 17.20-də (Moskva vaxtı ilə 19.20) başladı və iki saatdan çox davam edib. Yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin ilk ikitərəfli görüşü baş tutacaq. Daha sonra isə yekun mətbuat konfransının keçiriləcəyi planlaşdırılır.
Qeyd edək ki, “Normand” formatı Donbass münaqişəsinin həlli məqsədi ilə 2014-cü ilin iyununda yaranıb.