Omsk vilayətində 2 avtobus toqquşdu, yaralılar var

0
600

Omsk vilayıtində mikroavtobus ilə sərnişin avtobusu toqquşdu. Hadisə nəticəsində mikroavtobusun sürücüsü və yeddi sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildi. Bu barədə Daxili İşər Nazirliyinin Omsk vilayəti üzrə Baş idarəsindən məlumat verildi.
“İlkin məlumatlara əsasən “GAZelle” markalı sərnişin mikroavtobusun Omsk-Kalachinsk magistral yolunun Omsk istiqamətində hərəkət etdiyi məlum olub. Mikroavtobus magistral yolun 52-ci kilometrində, 1958-ci il təvəllüdlü kişinin idarə etdiyi “PAZ” markalı sərnişin avtobusu ilə toqquşub. Hadisə nəticəsində 8 nəfər yaralanıb” – Daxili İşər Nazirliyinin Omsk vilayəti üzrə Baş idarəsindən verilən məlumatda deyilir.
Hazırda istintaq-əməliyyat qrupu hadisənin səbəblərini müəyyənləşdirmək üçün yoxlama aparılır.