Omsk vilayətində “UAZ” markalı avtomobil qarşı yola çıxaraq “QAZ” markalı avtomobil ilə toqquşub. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Omsk vilayəti üzrə baş idarəsindən məlumat verildi.
“Qəza nəticəsində “UAZ” markalı avtomobilin sürücüsü hadisə yerində öldü, UAZ-ın sərnişini, 1978-ci il təvəllüdlü qadın, eləcə də “GAZ” markalı avtomobilin sürücüsü və 1984-cü il təvəllüdlü kişi xəstəxanaya yerləşdirilib.” – Daxili İşlər Nazirliyinin Omsk vilayəti üzrə baş idarəsindən verilən məlumatda deyilir.
Hazırda yoxlamalar aparılır, hadisənin bütün səbəbləri müəyyənləşdirilir.